Şagirdimiz Türkiyə səfərində
Şagirdimiz Türkiyə səfərində
Azərbaycanın ümumi təhsil müəssisələrinin şagirdlərindən və onları müşayiət edən müəllimlərdən ibarət 25 nəfərlik heyət Türkiyənin Çanakkala şəhərinə səfər edib. Məktəbimizin 11-ci sinif şagirdi Arzu Salmanova da bu heyətin tərkibindədir.
15-22 mart tarixlərini əhatə edən səfərin əsas məqsədi iki ölkənin şagirdləri arasında münasibətlərin intensivləşdirilməsi və hər iki ölkənin tarixində xüsusi yer alan hadisələrin birgə qeyd olunmasıdır.