"Novruz qədimdə və indi " adlı tədbir keçirilib

"Novruz qədimdə və indi" adlı tədbir keçirilib. 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Bahar çələngi" layihəsinin icrası ilə bağlı Tədbirlər Planının 3.1-ci bəndinə əsasən "Novruz qədimdə və indi"adlı tədbir keçirilib. Məktəbin psixoloqu Samirə Əlişayeva və ibtidai sinif müəllimi Fəridə Əkbərovanın təşkilatçılığı ilə hazırlanan tədbirdə aktyorluq bacarığı və səhnə mədəniyyətinə malik istedadlı şagirdlər iştirak edib. Tədbirdə mənəvi dəyərlərimizin əks olunduğu bədii nümunələr əsasında tamaşalar və rəqslər nümayış olunub.

Tədbirin sonunda məktəbin direktoru Könül Məmmədli çıxış edərək tədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi