Peşə təmayüllü sinfimizdə "Bahar çələngi"nə həsr olunmuş xüsusi dərs
Peşə təmayüllü sinfimizdə "Bahar çələngi"nə həsr olunmuş xüsusi dərs
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Bahar çələngi" layihəsinin icrası ilə bağlı Tədbirlər Planının 4.1-ci bəndinə əsasən peşə təmayüllü 10p sinfində ilaxır çərşənbədə "Novruz bayramı və mətbəx mədəniyyətimiz" adlı xüsusi dərs keçirilib. Dərs zamanı "Aşpaz köməkçisi" qrupunun şagirdləri ixtisas müəllimi Surac Babayevlə birlikdə milli mətbəximizin şahı sayılan aş bişiriblər. Şagirdlər eyni zamanda məktəbin texnologiya müəllimi Ülkər Əsgərxanlı ilə birlikdə Novruzun ləziz atributlarından olan şəkərbura hazırlayıblar. Ülkər müəllim şagirdlərə Novruz süfrəsinin bəzədilməsi barədə məlumat verib. Sonda hazırlanan təamlarla yanaşı bayram xonçası da süfrəyə təqdim olunub.