İlaxır çərşənbə qeyd olunub

Bu gün 9b sinfində növbəti sinif saatı keçirildi. Bu sinif saatının mövzusu Novruz bayramı və ilaxır çərşənbələrimiz olub. Sinif rəhbəri Quliyeva Şəmsiyyə milli bayramımız olan Novruz bayramının əsas mahiyyəti, xalqımızın milli- mənəvi dəyərləri sırasında tutduğu mövqeyi barədə ətraflı məlumat verdi. Şagirdlər Novruz bayramına aid şeirlər, məlumatlar söylədilər.Qeyd etdilər ki, bu bayram bayramlar içərisində özəl bif yer tutur.Əsrlərdir ki, xalqımız bu bayramı təntənəli şəkildə keçirir. Çünki bu bayram təmizlik, gözəllik, saflıq bayramıdır. Qoy bu bayram bütün xalqımıza barış, əmin- amanlıq və ruzi- bərəkət gətirsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi