"Bahar çələngi" layihəsinin icrası
"Bahar çələngi" layihəsinin icrası
BŞTİ-nin 01.03.2022-ci il tarixli F -85 nömrəli əmrinə əsasən 15.03.2022-ci il tarixdə E.Əliyev adına 234 nömrəli tam orta məktəbin kitabxana müdiri Səbinə Sultani və ibtidai sinif müəllimi Cəlalə Məhərrəmova 0c qrupunda "Novruz bayramı bədii ədəbiyyatda" adlı tədbir keçiriblər. Tədbirdə balacalar Novruz adətləri haqqında öyrəndiklərinin əsasında "Novruz" kompozisiyasını təqdim ediblər. Novruzun atributlarından sayılan Kosa,Keçəl,Bahar qızının təbrik sovqatları məclisə şirinlik qatıb.Uşaqlar qapı pusub torba atıblar,yumurta döyüşdürüblər.
Tədbirin sonunda kitabxana müdiri Səbinə Sultani və sinif müəllimi Cəlalə Məhərrəmova çıxış edərək balacaları Novruz bayramı barədə məlumatlandırıblar.