Esse müsabiqəsinin məktəb mərhələsi
“Məktəblinin dostu” layihəsinin həyata keçirildiyi məktəblərin şagirdləri arasında elan olunmuş esse müsabiqəsinin məktəb mərhələsində məktəbimizin VII-VIII siniflərində təhsil alan yüzə yaxın şagird iştirak edib. Yazılar Azərbaycan dili və ədəbiyyat müəllimlərindən ibarət işçi qrup tərəfindən yoxlanıb, 7 şagirdin işi fərqləndirilib.