8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub

8Mart- Beynəlxalq Qadınlar Günü qeyd olunub. 

 

Hər qadın bir evin dayağıdır, bir evin günəşidir. 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə məktəbimizin akt zalında göstərilən musiqili tamaşada balaca aktyorlar məhz bunu göstərərək bütün qadınlara sevgi və hörmətlərini nümayiş etdirdilər. Xalq yazıçısı Anarın “Ötən ilin son gecəsi” əsəri əsasında yeni ab-hava, yeni quruluş və yeni nəfəslə səhnəyə çıxarılan bu tamaşada sonda bütün övladların ananın ətrafına toplaşması məktəbin bütün pedaqoji və texniki heyətinə bayram əhval-ruhiyyəsi bəxş etdi. Tədbirin sonunda məktəbin direktoru Könül Məmmədli və təlim-tərbiyə işləri üzrə direktor müavini İradə Atakişiyeva çıxış edərək qadınları bu gözəl bayram münasibətilə təbrik etdilər, başda məktəbin psixoloqu Samirə Əlişayeva və Uşaq Birliyi Rəhbəri Mənzər Abdullayeva olmaqla tamaşanın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi