Xocalı faciəsinin otuzuncu ildönümünə həsr olunmuş tədbir keçirilib
Xocalı faciəsinin otuzuncu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Fevralın 25-də Xocalı faciəsinin otuzuncu ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra faciə qurbanlarının və torpaq uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tarix müəllimi Zenfira Babayeva Xocalı soyqırımı barədə ətraflı məlumat verərək şagirdlərimizi tariximizin qanlı səhifələrini unutmamağa səsləyib.
Məktəbin direktoru Könül Məmmədli şagirdlərin vətənpərvər ruhda tərbiyə olunmasının ümumtəhsil müəssisələrinin qarşısında duran ən əsas vəzifə olduğunu qeyd edib, vətənimizin tarixinin öyrənilməsinin şagirdlərin mənəvi borcu olduğunu vurğulayıb.
Daha sonra şagirdlərin ifasında Xocalı faciəsinə həsr olunmuş şeirlər və mahnılar səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş olunub.