10p sinfində "Xocalı dünya mətbuatında" mövzusunda dərs aparılıb
Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi - əməkdar müəllim Kəmalə Əliyeva 10p sinfində Azərbaycan dili fənnindən "Xocalı dünya mətbuatında" mövzusunda dərs aparıb. Dərsdə şagirdlər publisistik üslubun əsas xüsusiyyətlərini müəyyənləşdirməklə yanaşı, Azərbaycan tarixinə qanla yazılmış bu faciə haqqında hazırladıqları təqdimatları müzakirə ediblər.