"Ölülər" tamaşasının müzakirəsi keçirilib.

Bu gün məktəbimizin kitabxanasında "Ölülər" tamaşasının müzakirəsi keçirilib. Məktəb Kiçik Akademiyasının üzvləri tamaşanın mövzusu, ideyası, konflikti, baş qəhrəmanlar və onları səhnədə canlandıran aktyorlar, digər obrazlar, ümumilikdə tamaşanın səhnə həyatı haqqında maraqlı fikir mübadiləsi aparıblar. Məktəb Kiçik Akademiyasının prezidenti Kəmalə Əliyeva bütün yaradıcılığı boyu Vətən, ana dili məsələlərini ön plana çəkən böyük Cəlil Məmmədquluzadənin əsərinin müzakirəsinin məhz Beynəlxalq Ana Dili Günündə aparılmasını zərurətdən doğan təsadüf kimi dəyərləndirərək ədibin dil məsələsinə həsr olunmuş bədii və publisistik əsərləri haqqında məlumat verib. Tədbir 10p sinif şagirdi Şəfiqə Əsədovanın böyük şairimiz Xəlil Rza Ulutürkün "Mənim dilim" şeirini ifa etməsi ilə yekunlaşıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi