" Şuşa -qeyrət,qürur qalamız" adlı sinif saatı
VIIIa sinfində bugünkü sinif saatı "Şuşa - qeyrət, qürur qalamız" adlanırdı. Şagirdlər Şuşa şəhərinin tarixi, təbiəti, abidələri, ermənilərə qarşı mübarizəsi, işğalı və nəhayət , öz qanuni sahiblərinə qovuşması haqqında məlumat verdilər, Şuşaya məhəbbətdən yoğrulmuş şeirlər söylədilər. Sinif rəhbəri - əməkdar müəllim Kəmalə Əliyeva 270 illik tarixə malik Şuşanın yağı tapdağından azad edilməsini xalqımızın ən böyük tarixi qələbəsi kimi, 2022-ci ilin Şuşa ili elan olunmasını ən gözəl bayram kimi dəyərləndirdi.