Gənclər Günü münasibətilə intellektual yarış keçirilib

Gənclər Günü münasibətilə intellektual yarış keçirilib. 

 

"2 Fevral-Azərbaycan Gəncləri Günü" münasibətilə məktəbimizin gənc müəllimləri və 10-11-ci sinif şagirdləri ilə 

 "Breyn-rinq" intellektual oyunu keçirilib. Yarışın keçirilməsində məqsəd intellektual oyunlara olan marağın artırılması,müəllim və şagird həmrəyliyinin daha da gücləndirilməsi olub.

Dövlət himnimizin səslənməsi ilə başlayan tədbiri məktəbin direktoru Könül Məmmədli açıq elan edərək, yarışda iştirak edən gənc müəllim və şagird heyətini Gənclər Günü münasibətilə təbrik edib, ölkəmizdə gənclər üçün yaradılan geniş imkanlardan danışıb. Daha sonra yarışa start verilib. 8 komandanın maraqlı və gərgin mübarizəsi şəraitində keçən yarışda 1,2,3-cü yeri qazanan komandalara diplomlar təqdim olunub. Qalib komandalara Akademik Milli Dram Teatrına biletlər təqdim olunacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi