20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş tədbir
19 Yanvar 2022- ci il tarixində 234 nömrəli tam orta məktəbin tarix müəllimi Şəlalə Nəcəfova 20 yanvar 1990- cı il faciəsinin 32- ci ildönümünə həsr edilmiş tədbir keçirmişdir.Tədbir məktəbin adını daşıdığı şəhid Emin Əliyevin büstü qarşısında onun əziz xatirəsi ehtiramla yad edilərək başlanmışdır.Məktəbin direktoru Könül Məmmədli, tarix müəllimləri Firəngiz Xəlilova və Zenfira Babayeva da tədbirdə iştirak edirdi.Məktəbimizi həmişə layiqincə təmsil edən " İstiqlal " komandası bu dəfə də 20 yanvar faciəsinə həsr edilmiş yarışmada qələbə qazandıqlarına görə komanda üzvləri məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif edildilər.Faciəyə həsr edilmiş seirləri böyük kədər hissi ilə tamaşaçılara çatdıran tədbir iştirakçıları həmin günün acısını bir daha hiss etdirdilər.Artıq Ali Baş Komandanımızın və Müzəffər Ordumuzun rəşadətini nəticəsində torpaqlarımız işğaldan azad edilib. Qanları ilə Azərbaycanın müstəqillik tarixinin ilk səhifələrini yazan şəhidlərimizin ruhu şad olsun !