Şagirdlərə 20 Yanvar haqqında məlumat verilib

Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi - əməkdar müəllim Kəmalə Əliyeva 6a sinfində ədəbiyyat dərsində Sabir Əhmədlinin "Dərs " əsərinin məzmunu üzərində iş aparıb. Şagirdlərə 20 Yanvar faciəsi haqqında məlumat verilib. Şagirdlər əsərin mövzu və ideyasını, bədii təsvir və ifadə vasitələrini müəyyən etməklə yanaşı, bu tarixi hadisə haqqında hazırladıqları divar qəzeti və bülletenləri nümayiş etdiriblər. Onların təqdimatları dinlənilib. Müəllim Qanlı yanvar gecəsində silahlı rus qoşununun qarşısına əliyalın çıxan, ölümün gözünə dik baxan xalqımızın dünyaya qəhrəmanlıq, vətənpərvərlik dərsi keçdiyini fəxrlə vurğulayıb .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi