Sabir Əhmədlinin "Şəhidlər xiyabanı" əsərinin məzmunu üzərində iş
Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi - əməkdar müəllim Kəmalə Əliyeva 5b və 5d siniflərində ədəbiyyat dərsində Sabir Əhmədlinin "Şəhidlər xiyabanı" əsərinin məzmunu üzərində iş aparıb. Şagirdlərə 20 Yanvar hadisələri, müstəqillik yolunda verdiyimiz ilk şəhidlər haqqında məlumat verilib, bütün şəhidlərimiz hörmət və ehtiramla yad edilib. Şagirdlər əsərin mövzu və ideyasını, bədii təsvir vasitələrini müəyyən etməklə yanaşı, bu tarixi hadisə haqqında hazırladıqları divar qəzetini nümayiş etdiriblər. Onların təqdimatları dinlənilib. Müəllim 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini əldə etməsini , müzəffər Ali Baş Komandanmız İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbəni xalqımızın ən böyük tarixi nailiyyəti kimi vurğulayıb, balaca ürəklərində böyük Vətən məhəbbəti daşıyan şagirdlərinə ana dilimizi, ana yurdumuzun tarixini, mədəniyyətini daha da dərindən öyrənməyi tövsiyə edib.