Müstəqil Dövlətlər Birliyinin 25 illik yubileyinə həsr edilən vahid dərs

04.10.2016-cı il tarixdə VIII sinif şagirdlərinin iştirakı ilə məktəbimizdə Müstəqil Dövlətlər Birliyinin 25 illik yubileyinə həsr edilən vahid dərs adlı dəyirmi masa təşkil olunub.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açıq elan edən məktəbin direktoru Ülvi Məmmədov tədbir iştirakçılarını salamladıqdan sonra MDB – nin yaranma tarixi , fəaliyyəti haqqında məlumat verərək öz fikirlərini bölüşüb.Tədbirin təşkilatçısı, məktəbin tarix müəllimi Firəngiz Xəlilova da həmçinin çıxış edərək MDB – yə daxil olan dövlətlərin hər biri haqqında məlumat verib, gördüyü işlər barədə müzakirələr aparıb. Həmçinin qəhrəmanlıq dastanlarından xalqımızın söz abidəsi olan “Kitabi-Dədə Qorqud” səlnaməsindən söz açıb .Tədbirdə hər şagird təmsil etdiyi ölkənin tarixindən və mədəniyyətindən geniş söhbət açıb. Bundan başqa, MDB – yə daxil olan digər ölkələrin (Rusiya, Tacikistan, Özbəkistan, Moldova, Qazaxıstan, Qırğızıstan, Belarusiya, Türkmənistan, Ukrayna) tarixi haqqında videoçarx təqdim olunub.Tədbir maraqlı müzakirələrlə yekunlaşıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi