Sən sahibkarsan mövzusunda Vahid dərs

“ Sən sahibkarsan “ mövzusunda 29.09.2016-cı il tarixdə E.Əliyev adına 234 nömrəli tam orta məktəbdə IX-XI sinif şagirdləri arasında sahibarlıq təfəkkürünün formalaşmasına müsbət təsir göstərmək, onlarda biznesə marağı aşılamaq məqsədilə “Vahid dərs” layihəsi həyata keçirildi. Keçirilən təqdimat zamanı İqtisadiyyat fənnini tədris edən Şəlalə Nəcəfova Fəxrəddin qızının təşkilatçılığı ilə şagirdlər sahibkar olmaq üçün bu işi necə başlamağın yolları barədə məlumatlandırıldılar. Tədbirdə ulu öndər Heydər Əliyevin Azərbaycan iqtisadiyyatında rolu, “ Əsrin Müqaviləsi ”, “ Açıq qapı “ siyasəti, tarixi “ İpək yolu”nun bərpası barədə Bakı Bəyannaməsinin imzalanması, BTC- neft kəməri haqqında sazişin bağlanması eləcə də digər mühüm iqtisadi layihələrin əhəmiyyəti vurğulandı. Həmçinin müasir dövürdə sahibkarlıq sahəsində böyük uğurlar qazanmış dünya şöhrətli sahibkarların iş təcrübələrindən nümunələr təqdim olundu. Mövzu üzrə nümayiş edilən müxtəlif videoçarxlar dinləyicilərdə vizual təsəvvür yaratdı. Şagirdlərlə aparılmış diskussiya zamanı onların gələcəkdə hansı sahələri inkişaf etdirməkdə maraqlı olmaları, bu sahəyə gətirmək istədikləri yeniliklər barədə danışıldı. Müzakirələr məqsədimizə nə dərəcədə nail olduğumuzu göstərdi. Ümumilikdə tədbir hər kəsdə xoş təəssürat yaratdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi