"Oyuncağını bağışla" aksiyasına dərzi köməkçisi qrupundan dəstək
“Məktəblinin dostu” və "İcma əsaslı məktəbəqədər təhsil" layihələrinin təşkilatçılığı ilə “Oyuncağını bağışla” adlı sosial aksiyaya məktəbimizin peşə təmayüllü 11p sinfinin "Dərzi köməkçisi" qrupunun şagirdləri də qoşulublar. Aksiyaya əsasən məktəblilərin könüllü şəkildə təqdim etdikləri oyuncaqlar ölkənin müxtəlif regionlarında yaşayan və təhsil alan uşaqlara göndəriləcək. Aksiyanın təşkil olunmasında əsas məqsəd məktəblilər arasında sosial məsuliyyətin, empatiya və paylaşma hissinin formalaşdırılmasıdır. Paylaşılan oyuncaqlar bir-birlərini tanımayan uşaqlar arasında gizli bağ və sevgi yaradacaq.