9-cu siniflərdə Azərbaycan dili fənnini tədris edən müəllimlərlə onlayn görüş

9 illik bazadan şagirdlərin buraxılış imtahanlarına düzgün və mütəşəkkil hazırlığını təmin etmək məqsədilə BŞTİ rəhbərliyi tərəfindən hər bir rayon üzrə buraxılış fənlərindən mentor müəllimlər təyin olunmuşdur. Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi - əməkdar müəllim Kəmalə Əliyeva Xəzər rayonunda Azərbaycan dili fənni üzrə mentor müəllim kimi bu gün kurasiyaya daxil olan 15 məktəbin 9-cu siniflərində Azərbaycan dili fənnini tədris edən müəllimlərlə ilk görüş keçirib. TEAMS proqramı üzərindən təşkil olunan onlayn görüşü məktəbimizin direktoru Könül Məmmədli açaraq iclasın mahiyyəti, IX siniflərin buraxılış imtahanlarında təlim göstəricilərinin yüksəldilməsi istiqamətində görüləcək işlər haqqında məlumat verib . Sonra Kəmalə Əliyeva mövzunu davam etdirərək bu il IX siniflərin buraxılış imtahanlarının bir mərhələdə keçiriləcəyi, imtahan suallarının tərtibatı, test tapşırıqlarına verilən tələblər, mətn üzrə işin düzgün və səmərəli təşkili , qiymətləndirmə, buraxılış imtahanlarında balların hesablanması, eləcə də dekabr ayının əvvəlində IX siniflərdə keçiriləcək ilk monitorinq haqqında ətraflı məlumat verib, müəllimlərin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi