Peşə siniflərinin təcrübə səfəri
Noyabrın 21-də peşə təmayüllü siniflərimizin "Aşpaz köməkçisi" qrupu üzrə təhsil alan şagirdlərinin bilik və bacarıqlarını inkişaf etdirmək, karyera imkanlarını artırmaq məqsədilə "Manqal" restoranına təcrübə səfəri baş tutub. Təcrübə səfərində restoranın baş aşpazı Oktay Cəfərov şagirdləri restoranın servis xidməti, soyuq və isti yeməklərin, eləcə də desertlərin hazırlandığı bölmələrlə yaxından tanış edib. Tanışlıq zamanı gənc aşpazlarımız iş prosesinə də cəlb olunaraq praktiki bacarıqlarını artırmağa çalışıblar. Təcrübə səfəri şagirdlərin böyük marağına səbəb olub.