Aşpaz köməkçisi qrupunda praktik bacarıqlar
Peşə təmayüllü 11p sinfinin ötən il üzrə "Aşpaz köməkçisi" qrupunda təhsil alan şagirdləri cari ildə "Aşpaz köməkçisi" qrupunda təhsil alan şagirdlər üçün praktik bacarıqlarını nümayiş ediblər. 11p sinif şagirdləri "Öyrənərək öyrədək!" devizi altında bir neçə soyuq və isti yemək növlərini hazırlayıblar. Yeməklərin hazırlanması prosesinə 10p sinif şagirdləri də cəlb olunublar.