"Zəfərin mübarək sənin,ay Vətən" adlı tədbir
234 nömrəli məktəbin tarix müəllimi Şəlalə Nəcəfova Zəfər Günü ilə bağlı " Zəfərin mübarək,sənin ay Vətən ! " adlanan bir tədbir təşkil etmişdir. Tədbirdə 6-cı,8- ci və 9- cu sinif şagirdləri iştirak etmiş ,qələbə ruhlu şeirlər və mahnılarla tədbirə rəng qatmışlar.Tədbirin ən önəmli qonağı isə 2012- ci ildə Şəlalə müəllimin sinif rəhbəri olduğu sinfin məzunu olan,Vətən müharibəsinin iştirakçısı Cəfərov Tural olub. O, Suqovuşan və Talışkənd uğrunda döyüşlərdə igidliklə vuruşduğuna görə Leytenant rütbəsi ilə təltif edilmişdir.Şagirdlər qarşısında çıxış edən Tural onlara Vətəni sevməyi,onun hər qarışının qədrini bilməyi tövsiyə etmişdir.Məktəbin tarix müəllimi Babayeva Zenfira da çıxış edərək şagirdlərə daim şəhid ailələri və qazilərə hörmətlə yanaşmağı tövsiyyə etmişdir.Tədbir şagirdlərdə böyük bir sevinc və qürur hissi yaratdı.