Peşə siniflərinin Peşə Təhsil Mərkəzinə səfəri
14 oktyabr tarixində məktəbimizin peşə təmayüllü 10 p sinif şagirdlərinin Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə təcrübə səfəri baş tutmuşdur. Təcrübə səfəri şagirdlərin Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olması məqsədilə təşkil olunmuşdur. Səfər zamanı ilk öncə mərkəzin direktoru Pərviz Həmzəyev müəssisənin fəaliyyəti haqqında şagirdlərə ətraflı məlumat vermiş, daha sonra mərkəzin tədris otaqlarına və emalatxanalara baxış keçirilmişdir. Təcrübə səfəri şagirdlərin böyük marağına səbəb olmuşdur.