Yeni tədris ilində metod şuranın ilk iclası keçirilib

Bu gün məktəbimizdə metodiki şuranın 2021-2022-ci tədris ilində ilk iclası keçirilib.Iclasda metodşuranın yeni tərkibi müəyyənləşdirilib. Məktəbin direktoru Könül Məmmədli şura üzvlərini 27 sentyabr  Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri və bu əmrin icrası ilə bağlı Bakı Şəhəri üzrə Təhsil Idarəsinin əmri və tədbirlər planı ilə tanış edib, məktəbdə bununla əlaqədar  görüləcək işlər müzakirə olunub . Sonra metodşura sədri Kəmalə Əliyeva yeni dərs ilində qarşıda duran vəzifələr, məktəbdaxili qiymətləndirmənin təşkili haqqında məlumat verib. Şura üzvləri Covid-19 pandemiyası ilə əlaqədar təhsildə yaranan fasilələrin təlim prosesinə təsirini öyrənmək və çatışmazlıqları aradan qaldırmaq məqsədilə diaqnostik qiymətləndirmənin düzgün təşkili ilə bağlı fikir mübadiləsi aparıblar. Metodşuranın 2021-2022-ci tədris ili üçün fəaliyyət planı təsdiqlənib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi