Peşə təmayüllü siniflərin ilk məzunları tələbə adını qazanıb
Bu il ölkədə ilk dəfə "Peşə təmayüllü siniflərin təşkili" layihəsinin ilk məzunlarını yola saldıq.Təhsilalanların peşə seçimində üzləşə biləcəkləri çətinliklərin öhdəsindən gəlmələri, şəxsi inkişaf və uğurlu karyera seçiminə nail olmaları istiqamətində bu layihə uğurlu bir addımdır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 5 məktəb də( 234, 120, 117, 274, 293) bu layihəyə qoşulan ilklərdəndir. Məktəbimizin peşə təmayüllü sinfini bitirən 20 şagirddən 8 nəfəri "tələbə" adını qazanıb. Onu da qeyd edim ki, həmin sinif üzrə 9 məzun "Aşpaz köməkçisi", 8 məzun "Dərzi köməkçisi", 10 məzun "Kombi- kondisioner üzrə usta köməkçisi", 5 məzun " İT" üzrə Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən sertifikat əldə edib. Şagirdlərimizə tam orta təhsil səviyyəsi üzrə attestatla yanaşı müxtəlif peşələr üzrə sertifikatlar verməklə onların müstəqil həyata yaşıdlarından bir addım öndə başlamasını təmin etdiyimiz üçün çox məmnunuq. Bizi bu pilot layihəyə cəlb etdiyi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Bakı şəhəri üzrə Təhsil İdarəsinə, eyni zamanda "Peşə təmayüllü siniflərin təşkili" layihəsinin əməkdaşlarına minnətdarıq.
TƏLƏBƏ ADINIZ MÜBARƏK, ƏZİZLƏRİM!
1. Alim Zərbəliyev- BDU- Tarix
2. Aysu Sayılova- Bakı Qızlar Universiteti- İbtidai sinif müəllimliyi
3. Vüsal Adınayev- BDU- Mexanika
4. Elvin Mirzəyev- ADNSU- Sənaye mühəndisliyi
5. Nigar Məmmədova- Azərbaycan Rəssamlıq Akademiyası- Təsviri incəsənət müəllimliyi
6. Fərid Allahquluzadə- ADBTİA- Məşqçilik
7. Mütəllim Ramazanov- AzMİU- Yer quruluşu və daşınmaz əmlakın kadastrı
8. Turan Gül- Türkiyədə BSEU- Kompüter elmləri
9. Kənan Nəzərov- ADBTİA- Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimi. 10. Amid Bayramov- Türkiyə Bartın Universiteti-Biznes və maliyyə