Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna və “Atəşgah məbədi”nə ekskursiya

Bu gün məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Əliyeva (əməkdar müəllim) və ingilis dili müəllimi Əzizə Fərzəliyeva “Yay məktəb”inin şagirdlərini Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyaya aparıblar. Şagirdlər bu qoruqların yaranma tarixi və fəaliyyəti haqqında məlumat əldə ediblər. Atəşgah məbədində Kəmalə müəllim şagirdlərə qədim atəşpərəstlər, onların dini kitabı “Avesta”, atəşpərəstlərin peyğəmbəri Zərdüşt, ikiallahlı din olan atəşpərəstlikdə xeyir Allahı Ahuraməzda (Hörmüz) və şər Allahı Anqramanyu (Əhrimən) haqqında ətraflı məlumat verib. Atəşpərəstlərin xeyirin şər üzərində qələbəsinə inamını yüksək dəyərləndirən Kəmalə müəllim bunu xalqımızın erməni faşizmi üzərində qələbəsinə inamı ilə müqayisə edib, xalqımızın daha böyük qələbələrə imza atacağına əminliyini bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi