Nizami Gəncəvi ili ilə əlaqədar tədbir

"Nizami Gəncəvi ili" ilə əlaqədar məktəbimizdə növbəti tədbir keçirilib. Məktəbin direktoru Könül Məmmədli tədbiri giriş sözü ilə açaraq "Nizami Gəncəvi ili" çərçivəsində məktəbimizdə keçirilən tədbirlər haqqında məlumat verib. Azərbaycan dili və ədəbiyyat müəllimi - əməkdar müəllim Kəmalə Əliyeva dahi şairin həyat və yaradıcılığı haqqında qısa məlumat verdikdən sonra onun rəhbərlik etdiyi VII a sinfinin şagirdləri Nizami obrazını canlandırıb, "Kərpickəsən qocanın dastanı" əsərini səhnələşdirib, şairin şeirlərini söyləyib, nəsihətlərini səsləndiriblər. Cəlalə Məhərrəmovanın rəhbərliyi ilə 3c sinif şagirdləri isə şairin "Nuşirəvan və bayquşların söhbəti" mənzum hekayəsini balaca tamaşaçılara təqdim ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi