Nizami filminə baxış və müzakirə

Məktəbimizin "Kiçik Akademiya"sı  "Yay məktəbi"ndə də öz fəaliyyətini davam etdirir. Bu gün humanitar bölmənin təşkilatçılığı ilə "Nizami" filminə baxış və müzakirə keçirilib. "Baxaq, zövq alaq, müzakirə edək, öyrənək!" devizi altında keçirilən bu tədbirdə  VII-X sinif şagirdləri müzakirədə fəal iştirak edərək dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən bu filmi böyük zövqlə izlədiklərini bildiriblər, şairin dövrü, hökmdarların və sadə  insanların ona münasibəti, müxtəlif poemalarında mütəfəkkir-şairin  qaldırdığı problemlər, onların bədii həlli haqqında fikirlərini bölüşüblər. Müzakirələrdə məktəbin direktoru Könül Məmmədli, KA prezidenti Kəmalə Əliyeva, vitse-prezident Cəlalə Məhərrəmova, humanitar bölmənin rəhbəri Zenfira Babayeva da iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi