Nizami yaradıcılığında əxlaq, tərbiyə məsələləri mövzusunda sinif saatı keçirilib
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar "Nizami Gəncəvi ili" çərçivəsində məktəbimizdə keçiriləcək tədbirlər planına əsasən, məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi - əməkdar müəllim Kəmalə Əliyeva rəhbəri olduğu 7a sinfində "Nizami Gəncəvi yaradıcılığında əxlaq, tərbiyə məsələləri" mövzusunda sinif saatı keçirib. Müəllim slaydlar nümayiş etdirərək deNizaminin uşaqların və gənclərin tərbiyəsində önəm verdiyi məsələlər haqqında məlumat verib, şagirdlər şairin aforizmlərini səsləndiriblər.