Müzəffər ordunun qalib əsgəri doğma məktəbə görüşə gəlib
Bu gün məktəbimizin 2019-cu il məzunu - 44 günlük şanlı Vətən müharibəsinin qalib əsgərlərindən biri Rahim Quliyev doğma məktəbi, əziz müəllimləri ilə görüşə gəlib. 21.09.2020 -ci il tarixdə könüllü olaraq cəbhəyə yollanan Rahim Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut və Şuşa istiqamətlərində döyüşlərdə qəhrəmanlıqla iştirak edib. Müəllimləri və V sinif şagirdləri ilə görüşən Rahim məktəbdə Kəmalə müəllimin keçirdiyi tədbirlərdə iştirakını xatırlayaraq bunun onda vətənpərvərlik hisslərinin daha da güclənməsinə səbəb olduğunu vurğulayıb, döyüş yoldaşlarının qələbə əzmindən, qəhrəmanlıq və fədakarlığından qürurla söz açıb.
Rahim, sənə , sənin simanda müzəffər Azərbaycan ordusunun hər bir əsgərinə deyirik: Səninlə fəxr edirik, Vətən oğlu!