Nizami yaradıcılığında ümumbəşəri ideyalar mövzusunda açıq dərs

"Nizami Gəncəvi ili" çərçivəsində məktəbimizin fəaliyyət planına əsasən, Azərbaycan dili və ədəbiyyat müəllimi - Əməkdar müəllim Kəmalə Əliyeva 9c sinfində "Nizami yaradıcılığında ümumbəşəri ideyalar" mövzusunda açıq dərs aparıb. Oxucusuna  xeyirxah, dürüst, ədalətli, mərd, alicənab, sədaqətli, etibarlı, insana, həyata və dünyaya sevgi dolu humanist insan olmağı aşılayan bu dahi Azərbaycan şairinin  yaradıcılığı haqqında ətraflı məlumat verilib, onun dünya ədəbiyyatı xəzinəzinə bəxş etdiyi beş misiisiz inci - "Xəmsə" adı altında toplanan beş poemasında irəli sürdüyü ümumbəşəri fikirlər açıqlanıb. Dərsin müzakirəsi zamanı məktəbin direktoru Könül Məmmədli kiçik bir dərs müddətində dahi Nizaminin mütərəqqi ideyalarının müəllim və şagirdlər tərəfindən ətfaflı şərh olunduğunu qeyd edib, Kəmalə müəllimə təşəkkürünü bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi