Görkəmli alimin şərəfinə məntiq yarışması keçirilib

Böyük alim Lütfi Zadənin 100 illik yubileyi ilə əlaqədar  məktəbimizin "Kiçik Akademiya"sının texniki  bölməsi "Səlis düşün" adlı onlayn məntiq yarışması  keçirib. "Kiçik Akademiyanın prezidenti Kəmalə Əliyeva şagirdləri salamlayaraq onlara uğurlar arzulayıb. KA-nın texniki bölməsinin rəhbəri Nüşabə Əliyeva görkəmli alim , misilsiz düha sahibi Lütfi Zadənin həyatı, fəaliyyəti, dünya elminə töhfələri olan nəzəriyyələri, bu nəzəriyyələrdən faydalanan məşhur şirkətlər haqqında məlumat verib. Şagirdlər bir saat ərzində  Microsoft Teams platforması üzərindən onlara  göndərilmiş suallara cavab veriblər. Qaliblər topladıqları bala əsasən belə müəyyənləşidirilib:
I yer  
1. Fərzəliyev Hüseyn - 7a - 97 bal 
2. Əhmədov Ənvər  - 5a - 97 bal 
II yer - Abbaslı Hüseyn - 5a - 87 bal 
III - Atakişizadə Məryəm - 7a - 73 bal

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi