Kombi-kondisioner üzrə praktik imtahan keçirilib

Mayın 25-də  məktəbimizin peşə təmayüllü 11b sinfində   "Kombi-kondisioner üzrə usta  köməkçisi" ixtisası  üzrə şagirdlərin səriştə və bacarıqlarını  yoxlamaq məqsədi ilə praktik imtahan keçirilib. İmtahanda məktəbin direktoru Könül Məmmədli, "Peşə təmayüllü siniflərin təşkili" layihəsinin rəhbəri Xanım Şabanova, Mədəniyyət və Sənətkarlıq üzrə Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Mətanət Əhmədova,  məktəbin peşə təmayüllü siniflər üzrə qrup rəhbəri Rəşad Rəhimov, özəl müəssisədən nümayəndə Tərlan Baxışov və  ixtisas müəllimi Emil Daşdəmirov  iştirak edib.  Şagirdlərimiz əldə etdikləri bacarıqları həvəslə nümayiş etdirib, komissiya üzvlərinin suallarını məharətlə cavablandırıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi