Kiçik Akademiyanın bugünkü iclası

Məktəbin Kiçik Akademiyasının bugünkü iclasında KA prezidenti Kəmalə Əliyeva şura üzvlərini  "Ümumtəhsil məktəblərində "Kiçik Akademiya"ların fəaliyyətinin gücləndirilməsinə dair" Bakı Şəhəri üzrə Təhsil Idarəsinin 30.04.2021 tarixli F-103 nömrəli əmri ilə tanış edib. O, bu əmrə əsasən, məktəbimizin Xəzər rayonunda "Kiçik Akademiya" üzrə mərkəz təyin olunması haqqında məlumat verərək bu istiqamətdə səyləri daha da artırmaq, yeni-yeni layihələrə imza atmaq üçün daha çox çalışmaq lazım olduğunu vurğulayıb. Məktəbin direktoru Könül Məmmədli şura üzvlərinə tövsiyələrini verib, gələcək işlərdə uğurlar arzulayıb. Sonra şura üzvləri may-iyun ayları üçün təsdiq edilmiş fəaliyyət planına əsasən görüləcək işləri  müzakirə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi