Məktəbin Kiçik Akademiyasının loqotipi hazırlanıb

Məktəbimizin Kiçik Akademiyasının prezidenti Kəmalə Əliyevanın (əməkdar müəllim ) ideyasını IX c sinif şagirdi Əsli Mehdizadənin gerçəkləşdirməsi nəticəsində KA-nın loqosu hazırlanıb. Loqoda  əks etdirilən fikirlər bunlardır: 
1. Bayrağımız  - Vətənimizə, dövlətimizə məhəbbət , dövlətçiliyimizə ehtiram
2.Qlobus -Yer kürəsi - bəşərilik
3. Yer kürəsinin böyük bir hissəsinin beyin şəklində verilməsi - yalnız düşünən beyinlər dünyanı, bəşəriyyəti xilas edəcək.
4. Kitab və onun üzərində elmlərə aid simvollar - hərtərəfli biliyə malik şəxsiyyətlər yetişdirmək xoşbəxt gələcək qurmaqdır.
5. Dairənin ətrafında əl-ələ tutmuş uşaqlar - birlik rəmzidir - elmin çətin yollarında birlikdə addımlayaraq yeniliklərə imza atacağıq.
6. Dairənin ətrafında bizim KA-nın devizi - şüarı verilib: "Dərk et, düşün, yarat!"
7. Rəmzi "məzun papağı" elm, bilik, savada işarədir , papağın ipindəki xarıbülbül isə  həm doğma torpağa bağlılıq, həm şəhidlərimizə ehtiram, həm də zəfər dolu gələcəyə inam simvoludur.
     Beləliklə, bizim Kiçik Akademiyamız müstəqil Azərbaycanımızın zəfər soraqlı gələcəyi üçün soykökünə bağlı, hərtərəfli biliyə, geniş dünyagörüşünə malik vətənpərvər şəxsiyyətlər yetişdirmək əzmi ilə fəaliyyət göstərir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi