Sinif saatı
Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi-əməkdar müəllim Kəmalə Əliyeva rəhbərlik etdiyi 7a sinfində bugünkü sinif saatını 15 May-Beynəlxalq Ailə Gününə həsr etmişdir. Müəllim hazırladığı slaydı nümayiş etdirərək ailənin ən kiçik insan birliyi olmaqla yanaşı, kiçik bir dövlət olması, onun fiziki və mənəvi sağlamlığı, büdcəsi və s. haqqında danışıb, uşaqlar ailələrinə olan sevgi və ehtiramlarını ifadə ediblər.