"Mülki müdafiə ümumxalq işidir" mövzusunda tədbir
Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Əliyeva 30 aprel - Azərbaycanda Mülki Müdafiə Günü ilə əlaqədar "Mülki Müdafiə ümumxalq işidir" mövzusunda tədbir keçirib. Müəllim mülki müdafiə, onun məqsəd və vəzifələri haqqında, xüsusən Covid-19 pandemiyası şəraitində bu işin önəmi haqqında məlumat verib, müəllimin və şagirdlərin hazırladıqları slaydlar nümayiş etdirilib.