"Mənim peşəm" layihəsinin yekun tədbiri keçirilib

Aprelin 28-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant" müsabiqəsinin  qalibi olmuş 234 nömrəli tam orta məktəbin  "Mənim peşəm" layihəsinin yekun tədbiri keçirilib. Tədbirdə məktəbin direktoru və layihənin rəhbəri olan Könül Məmmədli,  Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və İşəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdir müavini Nigar İsmayılzadə, təlimçilər-  Dövlət Məşğulluq Agentliyinin Peşəyönümü şöbəsinin müdiri, peşəkar təlimçi  Toğrul Ələkbərov, 234 nömrəli tam orta məktəbin peşə təmayüllü siniflər üzrə qrup rəhbəri Rəşad Rəhimov,

2 nömrəli Bakı Baza Tibb Kollecinin pediatriya  müəllimi  Rübabə Quliyeva,
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzinin "İnteryer və eksteryerin bədii tərtibatçısı" ixtisasının istehsalat təlim ustası Gülnar Əliyeva,
 Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Emin Məmmədov, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Mərkəzinin turizm istiqaməti üzrə ixtisas müəllimi Nuranə Məmmədova, 234 nömrəli tam orta məktəbdə peşəyönümü istiqamətində işin təşkilinə məsul şəxs Cəlalə Məhərrəmova və layihənin iştirakçısı olan məktəblilər iştirak ediblər. Tədbir iştirakçıları şagirdlər arasında düzgün ixtisas və peşə seçiminə nail olmaq, onlarda ilkin peşə bacarıqlarını inkişaf etdirmək, onları uğurlu və effektiv əmək fəaliyyətinə hazırlamağın əhəmiyyətindən söhbət açıblar. Layihə müddətində görülən işlərlə bağlı hazırlanmış  videoçarx nümayiş olunub.  Sonda məktəblilər öz təəssüratlarını bölüşərək layihənin onların peşə və ixtisas seçiminə  müsbət təsirindən danışıblar. 
Qeyd edək ki, "Mənim peşəm" layihəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki  ümumi təhsil müəssilərinin VIII, IX və X sinif şagirdlərindən ibarət ümumilikdə 75 şagird iştirak edib. Layihə 6 ay müddətində və 2 mərhələdə təşkil olunub. İlk mərhələdə şagirdlərə düzgün peşə və ixtisas seçimi, əmək bazarı, şəxsi inkişaf və karyera planlaması  ilə bağlı təlimlər keçirilib. İkinci mərhələdə isə şagirdlər seçdikləri ixtisas və peşələrə uyğun ilkin bilik və bacarıqlar əldə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi