"Mənim peşəm" layihəsi çərçivəsində qiymətləndirmə təşkil olunub

Aprelin 10-da Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant" müsabiqəsinin qalibi olmuş 234 nömrəli tam orta məktəbin "Mənim peşəm" layihəsi çərçivəsində qiymətləndirmə təşkil olunub. Layihədə iştirak edən şagirdlərin layihə müddətində seçdikləri peşələr üzrə əldə etdikləri ilkin bilik və bacarıqlar onlayn formada qiymətləndirilib. "Dizayn" peşəsi üzrə təlimçi Gülnar Əliyeva və "İKT" üzrə təlimçi Emin Məmmədov test tapşırıqları, "Otelçilik və turizm" üzrə təlimçi Nuranə Məmmədova şagirdlərin sərbəst mövzu üzrə hazırladıqları videotəqdimatlar əsasında, "Tibb" qrupunun müəllimi Rübabə Quliyeva isə şifahi sorğu-sual üzrə öz qruplarındakı iştirakçıların təlim nəticələrini qiymətləndiriblər. Qiymətləndirmə prosesində layihənin rəhbəri və məktəbin direktoru Könül Məmmədli də iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi