Respublika 2-cisi olduq
Azərbaycan Respublikası Təhsil Nazirliyinin və "Ağıllı Şəhər- Bakı"nın birgə təşkilatçılığı, Kapital Bankın dəstəyi ilə 6-9-cu sinif şagirdləri arasında keçirilən "Nə? Harada? Nə zaman? " intellektual oyununun növbəti onlayn respublika çempionatında məktəbimizin "İstiqlal-234" komandası 133 komanda arasında 2-ci oldu. Komandanın üzvlərini- Hüseyn Fərzəliyev(7a), Ləman Şamıyeva( 9c), Hüseyn Əliyev(9c), Məryəm Atakişizadə(7a), Hakim Məmmədov(7a) və Fidan Vəliyevanı (6a) təbrik edir, bol şanslar arzu edirik. Uğurlarımız daim belə davamlı olsun!