Onlayn anım tədbiri
10 mart məktəbimizin şəhid məzunu Emin Əliyevin doğum günüdür. Bu münasibətlə Azərbaycan dili və ədəbiyyat müəllimi - əməkdar müəllim Kəmalə Əliyeva rəhbəri olduğu 7a sinfində onlayn anım tədbiri keçirib. Məktəbimizin şəhid məzunları: Emin Əliyev, Emil Aşumov, Elşad Bünyadovun timsalında bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlər Eminin qısa, lakin mənalı ömür yolu haqqında məlumat veriblər, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər. Kəmalə müəllim qeyd edib ki , 44 günlük Vətən müharibəsində Ali Baş Komandan Ilham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbə qazanan igidlər məhz məktəblərdə vətənpərvərlik dərsi keçərək yetişiblər.
Tədbirdə şəhidin anası Ibadət xanım Əliyeva, məktəbin direktoru Könül Məmmədli, təlim-tərbiyə işləri üzrə direktor müavini Iradə Atakişiyeva iştirak ediblər. Ibadət xanım şəhidlərimizə göstərilən hörmət və ehtirama görə məktəb rəhbərliyinə və tədbir iştirakçılarına minnətdarlığını bildirib . Tədbirin sonunda çıxış edən Könül Məmmədli bir daha vurğulayıb ki, Vətən uğrunda ölmək şərəfdir, şəhidlik zirvəsinə ucalanlar daim xatirimizdə yaşayacaqlar. Çünki şəhidlər ölməz, Vətən bölünməz!