Beynəlxalq Mülki Müdafiə Günü
Beynəlxalq Mülki Müdafiə Təşkilatı tərəfindən 2021-ci il üçün 1 Mart-Ümumdünya Mülki Müdafiə Gününün "Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü Mülki Müdafiə" mövzusunda keçirilməsi qərara alınıb. Bu məqsədlə məktəbimizin müəllimləri: əməkdar müəllim Kəmalə Əliyeva və Babayeva Zenfira şagirdlərlə bu mövzuda maarifləndirici dərs aparıblar. Şagirdlər seçdikləri mövzuda hazırladıqları işləri şifahi və yazılı formada təqdim ediblər, bilik və bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər.