Peşə təmayüllü siniflərdə layihə dərsləri
Artıq 2 ildir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə məktəbimizdə peşə təmayüllü siniflər təşkil olunur. Peşə təmayüllü 10p sinfimizdə ümumtəhsil fənləri ilə yanaşı, layihəyə əsasən xidmət profili üzrə "Aşpaz köməkçisi", təmir-tikinti profili üzrə "Mebel ustası köməkçisi" dərsləri tədris olunur. Pandemiya şəraiti praktik məşğələlərin təşkilində müəyyən çətinliklər yaratsa da, şagirdlərimizin öyrənmək həvəsinə mane ola bilmir. "Aşpaz köməkçisi" ixtisası üzrə layihə müəllimimiz, peşəkar aşpaz Surac Babazadə aşpazlığın sirlərini şagirdlərinə sevə-sevə öyrədir.