"Mənim peşəm" layihəsinin ikinci mərhələsi
Yanvar ayından etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant" müsabiqəsinin qalibi olmuş 234 nömrəli tam orta məktəbin "Mənim peşəm" layihəsinin ikinci mərhələsinə başlanılıb. Layihənin icra planına əsasən şagirdlər seçdikləri ixtisas və peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnəcəklər. "Tibbi biliklər" istiqaməti üzrə təlimlər 2 nömrəli Bakı Baza Tibb Kollecinin pediatriya müəllimi, UNİSEFİN təlimçisi Rübabə Quliyeva tərəfindən keçirilir.