20 Yanvar faciəsinin 31-ci ildönümü

Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Əliyevanın (əməkdar müəllim) sinif rəhbəri olduğu 7a sinfində keçirdiyi növbəti sinif saatı 20 Yanvar faciəsinin 3-ci ildönümünə həsr olunub. Şəhidlər bir dəqiqəlik sükutla yad edilib. Şagirdlər 20 Yanvar faciəsinin tarixi, günahsız qurbanları haqqında məlumat veriblər, şeirlər söyləyiblər, çəkdikləri rəsmləri nümayiş etdiriblər.  Müəllim tariximizə "Qanlı yanvar" kimi düşmüş bu günün tarixi  əhəmiyyəti haqqında danışarkən onun Ümumxalq Hüzn Günü olduğunu qeyd etməklə bərabər, milli qürur, milli fəxarət günü kimi dəyərləndirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi