"Sonuncu güllə" hekayəsi üzrə iş

"Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Təhsil Nazirliyinin Fəaliyyət Planına əsasən tədbirlərin həyata keçirilməsi davam etdirilir.
14.01.2021 tarixdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əzizə Məmmədova 7ç sinfində ədəbiyyat fənnindən onlayn dərsdə Zahid Xəlilin "Sonuncu güllə" hekayəsi üzrə tətbiq və ümumiləşdirici iş aparıb. Yazıçının  bu əsəri hər birimiz üçün qürurverici olan vətənpərvərlik mövzusundadır. Şagirdlərin mövzuya aid hazırladıqları təqdimatlar dinlənilib. Onlar Vətən müharibəsində əldə etdiyimiz  şanlı qələbəmizdən, müzəffər ordumuzun şücaəti sayəsində doğma Qarabağımızın erməni işğalçılarından azad  edilməsindən həvəslə danışıblar.
Ağayeva Səma  Z.Xəlilin "Sonuncu güllə" hekayəsinin qəhrəmanı Əlif Hacıyevin layiqli davamçısı olan Vətən müharibəsinin igid oğlu Zamin Rüstəmov haqqında məlumat verib və qeyd edib ki, düşmən mühasirəsinə alınan hərbçimiz əsir düşməmək üçün son gülləsi ilə özünü vuraraq şəhidlik zirvəsinə ucalıb. Müəllim və şagirdlər   Səmanın fikrinə münasibət bildirərək əlavə ediblər ki, son güllə hər bir döyüşən əsgər üçün şərəf, vətən üçün qürur deməkdir.
Şagirdlər sonda vətən uğrunda şəhid olmağı şərəf bilən vətənpərvər oğullarımızın layiqli davamçıları olacaqlarını vurğulayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi