"Həmrəy olaq" adlı onlayn tədbir

Dekabrın 30-da 234 nömrəli tam orta məktəbin ibtidai sinifləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə "Həmrəy olaq!" adlı onlayn tədbir keçiriblər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Könül Məmmədli şanlı qələbəmizdən, Azərbaycan ordusunun rəşadətindən, Ali Baş Komandanımızın qətiyyəti və xalqın həmrəyliyindən danışıb, müəllim və şagird kollektivini Həmrəylik Günü münasibətilə təbrik edərək 2020-ci ildə məktəbin qazandığı uğurlardan söhbət açıb. Şəhidlərimizin ruhu 1dəqiqəlik sükutla yad edilib. Tədbirdə şagirdlər Vətənə, həmrəyliyimizə aid şeirlər və mahnılar  səsləndirib, rəqslər və səhnəciklər nümayiş etdiriblər. Onlar həmçinin ötən ilin ən fədakar peşələri olan-əsgər, həkim, polis və müəllim obrazlarını da canlandırıblar. Müəllimlər çıxış edərək şagirdləri və valideynləri  təbrik ediblər. Sonda tədbir iştirakçıları bir daha həmrəylik nümayiş etdirərək  birlikdə "Azərbaycan" şeirini səsləndiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi