"Vətən yaraları" hekayəsi üzrə tətbiq, müzakirə və yaradıcı iş

"Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Təhsil Nazirliyinin Fəaliyyət Planına əsasən tədbirlərin həyata keçirilməsi davam etdirilir.
18.12.2020 tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Əliyeva (əməkdar müəllim) 9c sinfində ədəbiyyat fənnindən onlayn dərsdə  Mir Cəlal Paşayevin "Vətən yaraları" hekayəsi üzrə tətbiq, müzakirə və yaradıcı iş aparmışdır. Hekayənin adına bugünümüzün prizmasından baxan şagirdlərin bir-birindən maraqlı təqdimatlarında 30 ilə yaxın bir müddət ərzində düşmən işğalında qalan torpaqlar, bu müddət ərzində ermənilərin viran qoyduqları yurd yerlərimiz, 44 günlük Vətən müharibəsində verdiyimiz şəhidlər, onların valideynləri, övladları, yaralı döyüşçülərimiz və yaralı Qarabağın  rəmzi olan xarıbülbül Vətən yaraları kimi mənalandırılmışdır. Müəllim və şagirdlər vurğulayıblar ki, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli ordumuzun qazandığı qələbələr nəticəsində soydaşlarımız işğaldan azad edilmiş dədə-baba yurdlarına qayıdacaq, burada qurub-yaradacaq, beləliklə də, Vətənin yaralarına məlhəm qoyulacaq. 
     Dərsdə məktəbin direktoru Könül Məmmədli, 9c sinfinin sinif rəhbəri Nailə Hacızadə iştirak ediblər. Onlar da tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsində qazandığımız zəfərlə, bu zəfəri bizə bəxş edən ordumuzla və bunlar haqqında belə ürəklə çıxış edən vətənpərvər şagirdlərlə qürur duyduqlarını vurğulayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi