"Motivasiya" mövzusunda təlim
Dekabrın 18-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant" müsabiqəsinin qalibi olmuş 234 nömrəli tam orta məktəbin "Mənim peşəm" layihəsi çərçivəsində Peşə təmayüllü siniflər üzrə qrup rəhbəri Rəşad Rəhimov tərəfindən "Motivasiya" mözusunda növbəti təlim keçirilib. Təlimdə şagirdlərə motivasiya və onun növləri barədə məlumat verilib, uğur qazanmaq üçün insanın özünə inamının, sevdiyi peşə ilə məşğul olmasının əhəmiyyəti haqqında müzakirələr aparılıb.