"Qarabağ Azərbaycandır" adlı intellektual müsabiqə
Dekabrın 15-də vətən uğrunda mübarizədə Azərbaycan Ordusunun şanlı qələbəsi ilə əlaqədar maarifləndirici tədbirlərin görülməsi, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunması və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 04 dekabr 2020-ci il tarixli, F- 246 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə "Qarabağ Azərbaycandır!" adlı intellektual müsabiqənin məktəbdaxili mərhələsi keçirilib.
Müsabiqənin suallarını məktəbin tarix müəllimi, tarix-coğrafiya metodbirləşməsinin rəhbəri Şəlalə Nəcəfova hazırlayıb. Müsabiqə Virtual Məktəb platforması üzərindən məktəbin ibtidai sinif müəllimi Cəlalə Məhərrəmova tərəfindən idarə olunub.